+994 77 5000077
Müqayisədə məhsullar: 0

Sizin səbət boşdur

ARB Soyuducu - 47L

Orta və böyük ölçülü krossoverlər, furqonlu avtomobillər və pikaplar üçün uyğundur.

ARB şirkəti xüsusi olaraq yolsuzluq şəraitində istifadə üçün layihələndirilmiş portativ avtomobil soyuducuları təklif edir.
Bu soyuducular Avstraliyanın əlverişsiz və çətin yol şəraiti, isti iqlimi və yaşayış məntəqələri arasındakı məsafənin uzun olması nəticəsində avtomobil səyahətlərinin uzun olması kimi amillər nəzərə alınaraq yaradılır. Yeni ARB soyuducuları avtomobilinizlə harada olmanızdan, haraya getmənizdən asılı olmayaraq ərzaq məhsullarınızı və içkiləri soyuq saxlayacaqdır. Yeni model soyuducular 3 illik tədqiqatların və layihələndirmə fəaliyyətinin, eləcə də əsaslı sınaqların nəticəsində yaradılır. 3 illik tam zəmanətlə satılan ARB soyuducuları praktik dizayna, optimal daxili həcmə, effektiv və yüksək keyfiyyətli soyutma sisteminə malikdir. Məhz bu xüsusiyyətləri soyuducuların avtomobillə səyahət zamanı istifadəsini çox əlverişli edir.

çatdırılma Bakı və ətraf kəndlərə 48 saat ərzində çatdırılma

Təsvir

ARB şirkəti xüsusi olaraq yolsuzluq şəraitində istifadə üçün layihələndirilmiş portativ avtomobil soyuducuları təklif edir.
Bu soyuducular Avstraliyanın əlverişsiz və çətin yol şəraiti, isti iqlimi və yaşayış məntəqələri arasındakı məsafənin uzun olması nəticəsində avtomobil səyahətlərinin uzun olması kimi amillər nəzərə alınaraq yaradılır. Yeni ARB soyuducuları avtomobilinizlə harada olmanızdan, haraya getmənizdən asılı olmayaraq ərzaq məhsullarınızı və içkiləri soyuq saxlayacaqdır. Yeni model soyuducular 3 illik tədqiqatların və layihələndirmə fəaliyyətinin, eləcə də əsaslı sınaqların nəticəsində yaradılır. 3 illik tam zəmanətlə satılan ARB soyuducuları praktik dizayna, optimal daxili həcmə, effektiv və yüksək keyfiyyətli soyutma sisteminə malikdir. Məhz bu xüsusiyyətləri soyuducuların avtomobillə səyahət zamanı istifadəsini çox əlverişli edir.

daha ətraflı

Rəylər (0)

Orta qiyməti:
0
Rəy bildirmək Bütün rəyləri göstər

Texniki xüsusiyyətləri

Ümumi parametrlər

Avtomobil markası/tipi Universal

Konstruksiya

Quraşdırma Portativ
Bütün xüsusiyyətləri göstər

Texniki xüsusiyyətləri: ARB Soyuducu - 47L

ƏSAS XARAKTERİSTİKALARI
Bayır tərəfi
-18˚C temperatura qədər soyutmasına baxmayaraq elə də çox enerji istehlak etməyən ARB soyuducusu həm qısamüddətli həm də kempinq və uzunmüddətli səyahətlərdə istifadə edilə bilər.
Soyuducu möhkəm metal divarlara malik olub, qapağının dəstəyi və idarəetmə pultu onları zədələnmədən qoruyan xüsusi oyuqlarda yerləşir. Soyuducu əlverişsiz yolsuzluq şəraitində istifadəsi nəzərə alınmaqla yaradılan bir sıra digər xüsusiyyətlərə də malikdir.
Texniki xarakteristikaları:
1.    Üst qapağı sıx bağlanır.
2.    Üst qapağı rəzəli kilidlə rahat şəkildə bağlanıb açılır.
3.    İdarəetmə paneli
4.    Dəstək xüsusi oyuqda yerləşir
5.    Ayaqları rezin örtüklüdür
6.    Korpusu möhkəmdir
7.    Üst qapağın kipləşdirici araqatı lazımi germetikliyi təmin edir
8.    Müxtəlif birləşdirmə yerləri / çıxışlar (kabel və s. üçün).

Sıx bağlanan üst qapaq
Paslanmayan poladdan olan, ürəkcikli bərkitmə detalı üst qapağı asanlıqla çıxarmağa və yerinə bərkitməyə imkan verir.

Üst qapağı rahatlıqla açıb – bağlamağa imkan verən rəzəli kilid
Bu sadə kilid soyuducudan istifadəni xeyli asanlaşdırmaqla yanaşı bağlandığı zaman lazımi germetikliyi təmin edir.

İdarəetmə paneli
Soyuducunun gözlə görünən hissəsində, korpusdakı oyuqda yerləşib. Temperaturu göstərən rəqəmsal ekranı var. İşləməsi üçün əlavə batareya tələb olunmur.

Xüsusi oyuqda yerləşən dəstəklər
Tozlu boya ilə boyanmış polad dəstəklər

Rezin örtüklü ayaqlar
Soyuducunun altına yerləşdirilmiş rezin örtüklü ayaqlar döşəmə ilə əlavə ilişmə qüvvəsi yaradır.

Möhkəm korpus
Sinklənmiş, tozlu boya ilə boyanmış polad korpus qurğunun ən əlverişsiz şəraitdə belə cəlbedici görünüşünü və istismar göstəricilərini qoruyub saxlayır.

Müxtəlif birləşdirmə yerləri / çıxışlar
Arxa panelə quraşdırılmış gərginlik çeviricisi və müxtəlif çıxışlar istənilən mənbədən olan elektrik cərəyanı ilə işləməsini təmin edir (12 / 24 V, 100 – 240 V)

Soyuducunun daxili hissəsi

Soyuducunun daxili hissəsi onun maksimal funksionallığını təmin edən bir çox praktik xüsusiyyətlərə malikdir.
Daxili həcmi 35, 47, 60 və 78 litr olan modellər mövcuddur. Bu modellərin arasından avtomobiliniz və ehtiyaclarınıza uyğun olanını seçə bilərsiniz.
Texniki xarakteristikaları:

1.    Arakəsmə funksiyasını yerinə yetirən xüsusi səbət
2.    Daxili işıq – diod işıqlandırma fənəri
3.    Buxarlandırıcı
4.    Drenaj dəliyi
5.    Tutumu böyükdür
6.    Danfoss kompressoru

Arakəsmə funksiyasını yerinə yetirən xüsusi səbət
Müxtəlif ərzaq məhsullarını soyuducunun daxilində optimal şəkildə yerləşdirməyə imkan verir.

Daxili işıq – diod işıqlandırma fənəri
Çox az elektrik enerjisi işlədən işıq – diod fənəri lazımi səviyyədə işıqlanmanı təmin edir və maqnit düymə sayəsində üst qapaq bağlandıqdan sonra sönür.

Buxarlandırıcı  qurğu
Soyuducunun daxili həcminin ayrılmaz hissəsi kimi layihələndirilmiş bu qurğu onun təmizlənməsini və daxili həcmindən istifadəni asanlaşdırır.

Drenaj dəliyi
Soyuducunun təmizlənməsini sürətləndirir və asanlaşdırır.

Tutumu
Bütün modellərin daxilində meyvə və süd məhsulları üçün xüsusi bölmə var.
Danfoss kompressoru
Almaniya istehsalı olan, elektron idarəetməli Danfoss kompressorunun yüksək keyfiyyəti sayəsində qida məhsulları və içkiləri sürətlə soyudur.

SOYUDUCULARIN MODELLƏRI

35 litrlik portativ ARB soyuducusu
Qısa səyahətlərdə istifadə üçün ya da əlavə soyuducu kimi əla variantdır. Kompakt ölçülü krossoverlər üçün ideal seçimdir.

47 litrlik portativ ARB soyuducusu
Orta və böyük ölçülü krossoverlər, furqonlu avtomobillər və pikaplar üçün uyğundur.

60 litrlik portativ ARB soyuducusu
Təbiət qoynunda ailəvi istirahət üçün ideal seçim. Böyük tutumuna baxmayaraq bu soyuducular kifayət qədər kompakt ölçülərə malikdir və siyirtməli yeşiklərə, pikapın kuzasına yerləşdirilə bilər.

78 litrlik portativ ARB soyuducusu
78 litrlik böyük tutumu olan bu soyuducularda bütöv bir turist ailəsinin ərzağını saxlamaq olar.

Baxış: ARB Soyuducu - 47L

Ümumi parametrlər

Avtomobil markası/tipi Universal

Konstruksiya

Quraşdırma Portativ
Производителем могут быть изменены комплект поставки и страна производства без предварительного уведомления, вследствие чего на момент приобретения конкретного товара они могут отличаться от указанных ранее

Rəylər (0)

0
Rəy bildirmək
Ləyaqət:
Çatışmazlıqlar:
Şərhlər:
Adınız:
Şəkildəki simvollar:
İstifadə müddəti:
Orta qiyməti:
0
Dizayn:
0
Keyfiyyət:
0
Funksionallıq:
0
Qiymət:
0
Dərc etmək Ləğv olundu
Birinci Rəy bildirən Siz olun.
Bir toxunuşla almaq