+994 77 5000077
Müqayisədə məhsullar: 0

Sizin səbət boşdur

ARB bloklanan diferensial - RD121 Toyota

Toyota Prado 120, 150, FJ Cruiser, Hilux modellərinin Ring/pinion nisbəti 3,73 və aşağı olan ön diferensialında istifadə olunur

ARB istehsalı olan, diferensial bloklama mexanizmləri avtomobilinizin ən çətin yol şəraitinin də öhdəsindən gəlməsini təmin edir. Üç hissəli, original dizayna malik “Air Locker” bloklama mexanizmləri öz etibarlılığını artıq çoxdan sübut edib. Açarı çevirməklə asanlıqla bataqlıqdan, yumşaq qumluqdan çıxa, dik yoxuşlara “dırmana”  bilərsiniz. “Air Locker” bloklama mexanizmləri W. E. Rock (ABŞ), Rainforest Challenge (Malayziya) kimi bir çox mötəbər yarışların iştirakçılarının əvəzedilməz köməkçisi, gözlə görünməyən partnyorudur.
ARB şirkəti hazırda 250-dən çox avtomobil modeli üçün 100 – dən artıq konfiqurasiyada "Air Locker" bloklama mexanizmləri istehsal edir. Bloklama ancaq lazım olanda işə düşdüyünə görə, ARB “Air Locker” mexanizmi həm ön həm də arxa körpüyə quraşdırıla və bir – birindən asılı olmayan müxtəlif düymələrlə idarə edilə bilər. Mexanizmin tam funksionallığı ilə işləməsi üçün ARB istehsalı olan hava kompressorları quraşdırılır.

çatdırılma Bakı və ətraf kəndlərə 48 saat ərzində çatdırılma

Təsvir

ARB istehsalı olan, diferensial bloklama mexanizmləri avtomobilinizin ən çətin yol şəraitinin də öhdəsindən gəlməsini təmin edir. Üç hissəli, original dizayna malik “Air Locker” bloklama mexanizmləri öz etibarlılığını artıq çoxdan sübut edib. Açarı çevirməklə asanlıqla bataqlıqdan, yumşaq qumluqdan çıxa, dik yoxuşlara “dırmana”  bilərsiniz. “Air Locker” bloklama mexanizmləri W. E. Rock (ABŞ), Rainforest Challenge (Malayziya) kimi bir çox mötəbər yarışların iştirakçılarının əvəzedilməz köməkçisi, gözlə görünməyən partnyorudur.
ARB şirkəti hazırda 250-dən çox avtomobil modeli üçün 100 – dən artıq konfiqurasiyada "Air Locker" bloklama mexanizmləri istehsal edir. Bloklama ancaq lazım olanda işə düşdüyünə görə, ARB “Air Locker” mexanizmi həm ön həm də arxa körpüyə quraşdırıla və bir – birindən asılı olmayan müxtəlif düymələrlə idarə edilə bilər. Mexanizmin tam funksionallığı ilə işləməsi üçün ARB istehsalı olan hava kompressorları quraşdırılır.

daha ətraflı

Rəylər (0)

Orta qiyməti:
0
Rəy bildirmək Bütün rəyləri göstər

Texniki xüsusiyyətləri

Ümumi parametrlər

Avtomobil markası/tipi Toyota

Konstruksiya

Quraşdırma Ön
Bütün xüsusiyyətləri göstər

Texniki xüsusiyyətləri: ARB bloklanan diferensial - RD121 Toyota

XARAKTERİSTİKALARI
•    Avtomobilin yolla tam təmasını təmin etməklə yanaşı onun idarəetməsini çətinləşdirmir və aşınmasını sürətləndirmir.
•    Avtomobilin yolla tam təması yüklənmənin optimal qaydada paylanmasını təmin edir və bunun nəticəsində avtomobilin zədələnməsi, xarab olması ehtimalı azalır.
•    Asan və rahat şəkildə işə salınması / dayandırılması sürücünün avtomobili öz təhlükəsizliyinə xələl gəlmədən yol şəraitinə uyğun hərəkət etdirməsinə imkan verir.
•    Etibarlı və möhkəmdir. Hazırlanmasında ancaq ən yüksək keyfiyyətə malik materiallardan istifadə edilir.
•    Quruluşunun heyrətamiz dərəcədə sadə və mütəhərrik hissələrinin sayının çox az olması mexanizmin möhkəmliyini və etibarlılığını artırır.
•    Ciddi, hərtərəfli sınaqlar və layihələndirmənin keyfiyyəti bloklama mexanizminə olan inamı artırır. Dünyanın 100-dən çox ölkəsində istifadə edilir.
•    Avtomobillərin əksər modelləri üçün ön və arxa diferensiallar istehsal olunur.
•    Yarım (ancaq arxa ya da qabaq təkərlərin aparan olduğu) və tam ötürücülü avtomobillərdə istifadə edilə bilər.
•    Quraşdırılması və texniki xidmət çox asandır – xüsusi bacarıq, alət ya da qurğu tələb olunmur.


Diferensialın korpusu
Yüksək möhkəmliyə malik, qrafit əlavə edilmiş, monolit və frezerlənmiş çuqun korpus diferensiala müstəsna möhkəmlik verir.

Flans
Yüksək möhkəmliyə malik, qrafit əlavə edilmiş, monolit və frezerlənmiş çuqun flans ARB bloklama mexanizminin hərəkətsiz hissəsini təşkil edir.

Yarımoxun dişli çarxı
Poladın nikellə xəlitəsindən hazırlanan və xüsusi texnologiya ilə emal edilən bu dişli çarx bu gün bazarda təklif edilən ən güclü “bloklanan” dişli çarxdır.

Planetar dişli çarx
ARB şirkətinin mühəndisləri bu dişli çarxın dişlərinin həndəsi formasını elə işləyib hazırlamışdır ki, mexanizmin konstruktiv möhkəmliyi 30% artmışdır.

İlişmə dişli çarxı
ARB şirkətinin patentli bloklama sistemi yan dişli çarxların (günəş dişli çarxlarının) dişlərinə dayaq verir ki, bu da istənilən şəraitdə momentin optimal şəkildə paylanmasını təmin edir.
Çarpaz (Xaç)

Frezerlənmiş polad xaç mexanizmin etibarlılığını və möhkəmliyini artırır.

Satellit oxları
Xüsusi polad xəlitəsindən olan və səthi xüsusi texnologiya ilə emal edilən bu oxlar ən ekstremal yüklənmələrə belə tab gətirə bilir.

Oxların möhkəmləndirilmiş ştiftləri
Möhkəmləndirilmiş ştiftlərin konusvari yivi onların oxları etibarlı şəkildə saxlamasına imkan verir.

Möhkəmləndirilmiş kipgəc (salnik)
Polad məftillə möhkəmləndirilmiş halqa şəkilli kipgəcin ən ekstremal iqlim şərtlərində belə bloklama mexanizminin ən az 20 000 dəfə işə düşməsinə tab gətirə bildiyi sübut olunmuşdur.

Geriyə çəkən yay
Bloklamanı işə salan ya da dayandıran kənar mexanizm əvəzinə ARB diferensiallarında 12 ədəd geriyə çəkən yaydan istifadə edilir. Bu yaylar bloklama dizli çarxının müstəvisini tamamilə əhatə edir ki, bu da bloklamanın tez və etibarlı qaydada dayandırılmasını təmin edir.

Bloklama mexanizminə havanın verilməsi
Cihazlar panelindəki dirsəkli ling (ayırma çəngəli) vasitəsi ilə neylon hava şlanqı ilə mexanizmin germetik korpusuna asanlıqla sıxılmış hava verilir.

Pnevmatik elektromaqnit klapan
Elektrolit cilalama (anodlama) metodu ilə emal edilmiş xəlitədən hazırlanan bu etibarlı klapan nəm və tozun mexanizmə keçməsinin qarşısını alır və beynəlxalq təsnifata görə İP 54 qoruma dərəcəsinə malikdir.

Qeyd: Bloklama mexanizmlərinin bəzi modelləri yuxarıda sadalanan bütün özəlliklərə malik olmaya bilər.

Baxış: ARB bloklanan diferensial - RD121 Toyota

Ümumi parametrlər

Avtomobil markası/tipi Toyota

Konstruksiya

Quraşdırma Ön
Производителем могут быть изменены комплект поставки и страна производства без предварительного уведомления, вследствие чего на момент приобретения конкретного товара они могут отличаться от указанных ранее

Rəylər (0)

0
Rəy bildirmək
Ləyaqət:
Çatışmazlıqlar:
Şərhlər:
Adınız:
Şəkildəki simvollar:
İstifadə müddəti:
Orta qiyməti:
0
Dizayn:
0
Keyfiyyət:
0
Funksionallıq:
0
Qiymət:
0
Dərc etmək Ləğv olundu
Birinci Rəy bildirən Siz olun.
Bir toxunuşla almaq